Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, qarşıdan gələn seçkilərdə namizədlərdən kiməsə dəstək verib-verməməsindən danışıb.
Əhmədinejad bildirib ki, kimliyindən asılı olmayaraq, hazırkı namizədlərdən hər hansının qələbəsi ölkənin gələcəyi üçün xüsusi əhəmiyyət daşımır: “Prezidentliyə namizədlərdən bəziləri öz çıxışlarında dolayısyla mənim tərəfimdən dəstəkləndiklərini iddia edirlər. Tərəfdarlarım isə təzyiq göstərərək, məndən həmin şəxslərin adlarını çəkməyimi və onlarla sərt davranmağımı istəyirlər.
Hesab edirəm ki, buna ehtiyac yoxdur. Mən yalnız bir şey deyə bilərəm və bunu bir daha təkrar edirəm. Bütün İran milləti bilsin ki, biz bu seçkilərdə prezidentliyə namizədlərdən heç birini dəstəkləmir, dəstəkləməyəcəyik də”.
Qeyd edək ki, İranda növbəti prezident seçkiləri 2017-ci il, mayın 19-da keçiriləcək.
Samir