ABŞ Xarici işlər nazirliyinin nümayəndəsi Cen Psaki, Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğanın 1915-ci ildə yaşananların ildönümü ilə əlaqədar ermənilərə verdiyi başsağlığı mesajını müsbət qarşıladıqlarını bəyan edib.
Teleqraf.com xəbər verir ki, gündəlik mətbuat toplantısında mövzu ilə bağlı sualı cavablandıran Psaki, mesajın, hadisələrin tam və dürüst başa düşülməsi üçün müsbət bir inkişaf olduğuna inandıqlarını ifadə edərək, "Ümid edirəm ki, bu başsağlığı Türkiyə - Ermənistan əlaqələrinin inkişafına səbəb olar", deyib.
Ərdoğanın açıqlamasıı, türkcənin yanında ingilis, fransız, alman, ispan, ərəb, rus ilə yanaşı, şərq və qərb erməni dillərində baş nazirin saytına qoyulmuşdu.
Ülviyyə