Teleqraf.com xəbər verir ki, bunu ABŞ Xarici İşlər Nazirliyinin Avrasiya məsələləri üzrə nümayəndəsi Conatan Cohen Vaşinqtondakı beyin mərkəzi kimi fəaliyyət göstərən Orta-Şərq İnstitutunda "ABŞ-Türkiyə Əlaqələrindəki Gərginlik" mövzusunda keçirilən toplantıdakı çıxışı zamanı bildirib.
Cohen bildirib ki, ABŞ YPG-yə heç bir vəd verməyib: "Mübarizədədilər. Çünki silahlı mübarizə aparmaq istəyirlər. Özlərinə görə bir səbəbləri var. İŞİD İraq və Suriyadan tam çıxarılana qədər Türkiyə və ABŞ terrorçuluğa qarşı mübarizə aparacaqlar. Hər cür terrora qarşı türklərlə birlikdə mübarizə aparmaq niyyətimizə sadiqik".
PKK terror təşkilatının Sincardakı mövcudluğuna toxunan Cohen qeyd edib ki, Mosul azad ediləndən sonra ABŞ həm İraq Kürd Muxtariyyəti, həm də İraq hökumətilə birgə əməkdaşlıq formasında Sincar mövsuzunu müzakirə edəcək. PKK istər könüllü, istərsə də başqa formada oradan çıxarılacaq".
Ruslan