Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Mattis Suriya ordusuna yönəlik hava hücumunun ABŞ-ın Suriyadakı rolunun artırdığı mənasını vermədiyini qeyd edib. Onun sözlərinə görə, bununla belə koalisiya öz güclərini qoruyacaq: “Bizə qarşı təcavüzkar addımlar atılarsa, özümüzü müdafiə edəcəyik”.
Rusiya xarici işlər nazirinin müavini Gennadi Qatilov ABŞ-ın İordaniya sərhədində Suriya hökumət qüvvələrinə qarşı təşkil etdiyi hava hücumunun qəbuledilməz olduğunu söyləyib: “Bu avizərbələr Suriyanın suverenliyinin pozulması deməkdir. Üstəlik Suriyada atəşkəs rejimi üçün atılan addımlara kömək etməyən bir davranışdır”.
Qeyd edək ki, hadisə Ət-Tanf şəhərinin şimal-qərbində baş verib. Koalisiya qərargahının bəyanatında bildirilir ki, bu addım Rusiyanın hökumət qüvvələrinin Ət-Tanf istiqamətində irəliləməsinin qarşısını almaq cəhdlərinin uğursuzluqla nəticələnməsindən sonra atılıb.
Suriyanın rəsmi xəbər agentliyi SANA da ABŞ-ın lideri olduğu koalisiya qüvvələrinin Suriyanı vurduğunu təsdiqləyib.