Mayın 22-də İstanbulda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) sammitində iştirak etmək üçün Türkiyəyə gələcək Rusiyanın Baş naziri Dmitri Medvedyev türkiyəli həmkarı Binəli Yıldırımla təkbətək görüşəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya hökuməti məlumat yayıb. İstanbula səfəri çərçivəsində Medvedyevi baş nazirin köməkçisi Arkadi Dvorkoviç və Energetika naziri Aleksandr Novak müşayiət edəcək.