"Röyter" agentliyinə məlumatlı mənbənin bildirdiyinə görə, 37 milyon bülletenin hesablanmasına əsasən hazırkı prezident 21,6 milyon səs toplayıb.
Həsən Ruhaninin ən yaxın izləyicisi İbrahim Rəisi 14 milyon səs toplaya bilib.
“Röyter” bu xəbəri “Hər şey bitdi. Ruhani qalib gəldi” başlığıyla dərc edib.
Xatırladaq ki, İran prezidenti postu uğrunda dörd namizəd mübarizə aparır - hazırkı prezident Həsən Ruhani, ayətullah İbrahim Rəisi, sabiq vitse-prezident Mustafa Həşimi-Taba və mühafizəkar Mustafa Ağa Mirsəlim.