Teleqraf.com APA-ya istinadən verdiyi məlumata görə, ştatın Fövqəladə Hallar Departamentinin nümayəndəsi Anirudx Kumar bildirib ki, bazar günü ildırım vurması nəticəsində ölüm halları ştatın səkkiz mahalında qeydə alınıb.
İldırımın daha çox qurbanı Şərqi Çamparan mahalında olub. Burada 5 nəfər ildırım vurması nəticəsində ölüb.
Daha beş nəfər isə Qərbi Çamparanda bir neçə yerdə tufan zamanı güclü küləyin aşırdığı divarın altında qalaraq ölüb.
Burada küləyin sürəti 50-70 km/saata çatıb. Ştatda ümumilikdə 23 nəfər təbii fəlakətin qurbanı olub.