4 İyun 2017 13:38
1 266
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən UEFA Çempionlar Liqasının final mərhələsi çrəçivəsində Kardifdə keçirilən "Yuventus"və "Real" oyununu Turindən izləyənlər arasında çaxnaşma baş verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, oyunun sonlarına yaxın Madridin "Real" klubunun vurduğu 4-cü qoldan sonra oyunun izləndiyi yerdən partlayışa oxşar səs gəlib. Bu isə təşvişə səbəb olub.

Basabas zamanı 1000 nəfərin yaralandığı bildirilib. Onlar arasında 4 azyaşlı da olub.

Şəhər polisi heç bir partlayışın baş vermədiyini bildirib.


Müəllif: Samir