8 İyun 2017 16:42
1 867
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya bu gün keçirdiyi raket sınağı zamanı ABŞ-ın təlim keçirdiyi nöqtəni hədəf seçib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Vonsan şəhərindən buraxılan qısamənzilli raket 200 kilometr uçduqdan sonra dənizdə ABŞ və Yaponiyanın birgə təlim keçdiyi hissəyə düşüb.

Şimali Koreya sınağın uğurlu keçdiyini açıqlayıb.

Qeyd edək ki, bu Şimali Koreyanın son həftələrdə həyata keçirdiyi 4-cü raket sınağıdır.


Müəllif: Samir