18 İyul 2014 01:12
826
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fələstinin dövlət başçısı Türkiyəyə səfərə gəlir.

ANS PRESS-in məlumatına görə, Mahmud Abbas baş nazir Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə səfərə gələcək.

1 gün çəkəcək səfər zamanı Fələstin prezidenti baş nazir Ərdoğan, Türkiyə prezidenti Abdulla Gül və xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşəcək.

Səfər çərçivəsində İsrail - Fələstin münaqişəsi və hadisələrin son durumu ilə bağlı fikir mübadiləsi aparılacaq.


Müəllif: