"Rusiya prezidenti Vladimir Putin Kazana dron hücumundan xəbərdardır".
Teleqraf.com "TASS"-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat yayıb.
Onun sözlərinə görə, Rusiya lideri gündə iki dəfə Rusiya hərbi rəhbərlərindən hesabat alır və mütəmadi olaraq Müdafiə Nazirliyindən mesajlar alır.
Peskov əlavə edib ki, Kazana hücumdan sonra Putin Tatarıstan rəhbəri Rüstəm Minnixanovla da danışıb.