07:46
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın "Volkswagen" avtomobil konserni istehsal gücünü azaltmaq üçün birlik ilə razılığa gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.

Məlumata görə, şirkətin işçi şurasının rəhbəri Daniela Kavallonun sözlərinə görə, heç bir zavod bağlanmayacaq, heç kim ixtisar edilməyəcək və daxili kollektiv müqavilə uzunmüddətli perspektivdə qorunub saxlanılacaq.

Eyni zamanda, "Volkswagen" və həmkarlar ittifaqı şirkətin Almaniyadakı beş fabrikinin gücünü ildə 734 min ədəd istehsal azaltmaq barədə razılığa gəldilər. Həmçinin, 2030-cu ilə qədər 35 min iş yeri ixtisar olunacaq ki, bu da işçilərin ixtisarı demək deyil. Köhnə mütəxəssislər təqaüdə çıxanda konsern yeni mütəxəssislərin işə götürülməsini dayandıracaq.


Müəllif: Arzu

Oxşar xəbərlər