"Maqdeburqdakı terror hücumu Qərbi Avropadakı miqrasiya böhranının nəticəsidir".
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib.
Onun sözlərinə görə, belə hallar Avropada yalnız miqrant böhranından sonra mövcud olub. Orban hesab edir ki, qanunsuz miqrasiya ilə terror hücumları arasında əlaqə var.