Braziliya "BRİKS"ə sədrliyi çərçivəsində istifadə olunacaq loqonu təqdim edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Braziliya hökuməti bəyanat yayıb.
Loqoda Amazon tropik meşələrində bitən sumauma pambıq ağacı əksini tapacaq. Loqo mavi fonda çoxrəngli ağacdır. Braziliya bayrağının rənglərinə əsaslanan ağacın rəng sxeminə qırmızı, yaşıl, mavi, sarı və narıncı daxildir.
Bəyanat təbiətdə hündürlüyü 60 metrə, eni isə iki metrə çata bilən pambıq ağacının xüsusiyyətlərini təsvir edir. Qeyd olunur ki, loqo “diplomatiyanın əzəmətini” nümayiş etdirmək və BRİKS-in sosial-iqtisadi və siyasi əzəmətini çatdırmaq məqsədi daşıyır.