Amerikanın “Falcon 9” raketi şənbə günü otuzdan çox mikro və nanopeykdən ibarət qrupu, o cümlədən Cənubi Koreyanın hərbi aparatını orbitə çıxarıb.
Teleqraf.com xəbər verir ki, bu barədə daşıyıcını hazırlayan “SpaceX” şirkəti məlumat verib.
Raketin buraxılışı Kaliforniyada yerləşən ABŞ Kosmik Qüvvələrinin Vandenberq bazasındakı SLC-4E start meydançasından həyata keçirilib.
“Bandwagon-2” missiyası çərçivəsində 29 kommersiya peyki, həmçinin 30-50 sm ayırdetmə qabiliyyəti ilə təsvir əldə edə bilən Cənubi Koreya hökumətinin optik-elektron kəşfiyyat aparatı orbitə göndərilib.
Çəkisi 50 kq-a qədər olan hər minipeykin orbitə çıxarılmasının dəyəri 300 min ABŞ dolları təşkil edib.