4 İyul 2017 22:05
2 156
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya kəşfiyatı olan Federal Qanunları Qoruma Təşkilatı (BfV) 2016-cı il üzrə hesabatında terror təşkilatları ilə bağlı məlumatları dərc edib.

Məlumatda qeyd olunur ki, Almaniyada xarici solçu təşkilatlardan PKK-nın 14 min təəssübkeşi yaşayır. PKK-nın 2006-cı ildə Avrupa Birliyi tərəfindən (AB) terrorçular siyahısına salındığı qeyd olunan hesabatda təşkilatın 2016-cı ildə Türkiyədə bir sıra hücumlar həyata keçirdiyi bildirilir.

PKK-ya qoşulan gənclərin bir çoxunun Almaniyada yaşadığını vurğulayan kəşfiyyat onların daha sonra İraqın şimalına, ardınca isə təlimat üzrə hücumlar təşkil ediləcək bölgələrə göndərildiyini qeyd edir.

"PKK-ya xidmət edən müxtəlif adlı dərnəklər 2015-ci ilin sentyabrından 2015-ci ilin əvvəlinə qədər 13 milyon avrodan çox pul toplayıblar. PKK-nın topladığı maliyyə vəsaiti 25 milyon avro civarındadır. PKK-nın gəlirləri son 10 ildə iki dəfə artıb", deyə hesabatda qeyd olunur

Hesabatın təqdimatında çıxış edən Almaniya Daxili İşlər naziri Tomas de Maiziere bildirib ki, PKK-nın Almaniyadakı fəaliyyəti 1993-cü ildən qadağan olunub: "Həmçinin PKK-ya yaxınlığı ilə seçilən 53 təşkilatın fəaliyyəti də yasaqlanıb. Bu ilin mart ayında PKK-ya yönəli qadağalar daha da genişləndirilib. Terror təşkilatın istifadə etdiyi bir çox simvollar aradan qaldırılıb"

Maiziere 2004-cü ildən bu yana Almaniyada PKK ilə bağlı 4 min 400 istintaq hərəkətləri aparıldığını deyib. O, qeyd edib ki, Federal Prokurorluq 2011-ci ildən bəri PKK ilə əlaqəli 180 cinayət işi açıb. 100-dən artıq PKK üzvü həbs edilib.


Müəllif: Ruslan Xəlil

Oxşar xəbərlər