Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, adı bazadan çıxarılan şəxslər15 iyul 2016-ci ildə Türkiyədə dövlət çevrilişinə cəhd edən FETÖ şəbəkəsinin üzvləridir.
Buna səbəb kimi qısa müddət ərzində Türkiyənin İnterpolun axtarış sisteminə 60 min nəfərin adını salması olub.
İnterpol qeyd edib ki, cinayətdə şübhəli bilinənlərin sayının həddən artıq çox olması şəbəkədə “təhlükəsizlik problemi” yaradıb.
Bununla da Türkiyənin FETÖ-çü cinayətkar hesab elədiyi şəxslər Avropa və ABŞ-da sərbəst gəzmək imkanı əldə edə biliblər.