14 İyul 2017 22:41
679
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Ermənistanın Sünik bölgəsindəki sərhəd idarəsinin qulluqçusu ölüb.

Teleqraf.com erməni mediasına istinadla xəbər verir ki, 27 yaşlı zabitin mənzilində meyiti aşkar edilib. İlkin məlumatlara görə, rusiyalı hərbi qulluqçu infarkt keçirib.

Onun “Karçevan” sərhəd məntəqəsinin rəisi olduğu deyilir.


Müəllif: Kəmalə