15 İyul 2017 18:05
863
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misirin turist şəhərlərindən olan Hurqada şəhərində bu səhər bıçaqlı hücum baş verib.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, Qırmızı dəniz sahillərində yerləşən Hurqada şəhərindəki otelin çimərliyində günəş qəbul edən turistləri hədəf alan hücumda 2 qadın öldürülüb, 4-ü isə yaralanıb.

Öldürülənlərin Almaniya vətəndaşı olduğu bilidrilir. Yaralanmış 4 turistdən 2-si Çex vətəndaşıdır.

Misir Daxili İşlər Nazirliyi cinayətkarların həbs edildiyi məlumatı yayıb.

Qeyd edək ki, Misirin Səna yarımadasında 2015-ci ilin oktyabr ayında rus təyyarəsinin qəzaya uğramasının ardından Rusiya, İngiltərə və Almaniya kimi ölkələr Misirə olan turist qeydiyyatlarını ləğv edib. Amma ötən ildən etibarən Almaniya təkrar Misirə turist göndərməyə başlayıb.

Misirə bu il ən çox Almaniya, Ukrayna və Belarusiyadan olan turistlər gedib.


Müəllif: İlhamə Əbülfət