Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, bu barədə Ağ Evin sözçüsü Şon Spayser bildirib.
"Müqəddəs Qüdsün adı "sülh şəhəri" mənasını verir. Burada terrorçuların iki polisi qətlə yetirməsi bütün amerikalıları kədərləındirib. Terrorizmə heç bir dözüm ola bilməz. ABŞ ən ciddi şəkildə bu terror aktını pisləyir".
Qeyd edək ki, dünən Qüdsdəki Qədim şəhərin qapılarında keşik çəkən polislərə üç nəfər hücum edib. Hücum zamanı iki polis həlak olub. Ərəb əsilli terrorçular gizlənməyə çalışsalar da, məhv ediliblər.
Nahid