16 İyul 2017 12:18
1 061
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ müdafiə naziri Games Mattis Türkiyənin Rusiyadan almaq istədiyi S-400 Hava Hücumundan Müdafiə Sistemi ilə bağlı danışıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Pentaqon rəhbəri açıq deməsə də, Ankaranın S-400 almasından narazılığını dilə gətirib.

Müdafiə naziri deyib ki, Türkiyənin Rusiyadan bu silahı almasından sonra bu sistemin NATO-nun öz sistemlərinə uyğun olub-olmayacağı suallar yaradır: “Bu sistemlər NATO-nun sistemləri ilə heç vaxt uyğun olmayacaq. Türkiyə həqiqətən S-400 alacaqmı? Bu sistemləri yalnız bir bölgədəmi istifadə edəcək? Bu sualların cavabını gözləmək lazımdır”.


Müəllif: Cavad

Oxşar xəbərlər