16 İyul 2017 17:01
836
12 Punto 14 Punto 16 Punto 18 Punto

Küveyt, Türkiyə və Amerikadan sonra Fransa hökuməti də Körfəz böhranının həlli üçün diplomatik fəaliyyətə start verib.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, Fransa xarici işlər naziri Li Drain iyulun 15-də Dohada Qətər əmri Tamim Bin Hamad Əl Sani və xarici işlər naziri Şeyx Məhəmməd Bin Əbdülrəhman Əl Sani ilə görüşüb.

Fransanın baş diplomatı Qətər və qonşu ölkələr arasında problemlərin yaranması və davam etməsindən narahatlıq duyduqlarını, dialoq çağırışında olduqlarını bəyan edib.

Qətər Əmrliyinə qarşı həyata keçirilən blokadanın qaldırılması çağırışı edən Li Drain Səudiyyə Ərəbistanı, Küveyt və Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək. Nazirin məqsədi Küveytin vasitəçilik cəhdlərinə dəstək verməkdir.


Müəllif: Cavad

Oxşar xəbərlər