21 İyul 2017 14:05
955
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hətta referendum baş tutsa belə, Kürdüstan heç vaxt müstəqil ola bilməz.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri İraqın vitse-prezidenti Huri əl-Maliki deyib.

Onun sözlərinə görə, İraq parçalana bilməz:

"Kürdüstan hüquqi baxımdan müstəqil ola bilməz. Kürdlər İraqın federativ respublika olması ilə bağlı səs verdikləri zamanı öz müqəddaratlarını seçiblər. Onlar hər zaman müqəddaratlarını təyin edə bilərlər. Referendum baş tuta bilər, ancaq Kürdüstan müstəqil ola bilməz".

Qeyd edək ki, İraq Kürd Müxtariyyətinin lideri Məsud Bərzani sentyabrın 25-də Kürdüstanın müstəqilliyi ilə bağlı referendum keçiriləcəyini bəyan edib.


Müəllif: Samir

Oxşar xəbərlər