26 İyul 2017 15:54
712

Meksikada ciddi dağıntılara səbəb olan “Hillari” qasırğası ABŞ-a yaxınlaşıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, qasırğanın gün ərzində Kaliforniya, Arizona, Nevada və Aydoxa ştatlarını cənginə alacağı gözlənilir.

Qasırğanın baş verdiyi ərazilərdə küləyin sürəti saatda 150-195 kilometrə çatır.

ABŞ rəsmiləri məsələ ilə əlaqədar həyəcan siqnalı verib.


Müəllif: Samir