Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Fələstinin Rusiyadakı səfiri Əbdül Hafiz Nofal deyib.
Onun sözlərinə görə, bu şərtlərdən sonra İsrial Baş naziri Binyamin Netanyahu ilə Fələstin Prezidenti Mahmud Abbas görüşə bilər:
"Bizim ümidlərimiz ölməyib və bu görüş istiqamətində səylərimizi davam etdiririk".
O əlavə edib ki, İsrail Qüds böhranını dərinləşdirməklə beynəlxalq normaları pozur.
Qeyd edək ki, İsrail Əl-Əqsa məscidində dəmir detektorlar qurmaqla və 50 yaşdan aşağı şəxsləri bura buraxmamaqla Qüdsdə gərginliyə səbəb olmuşdu.