Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
O bildirib ki, Vaşinqton ABŞ ərazisini və regiondakı tərəfdaşlarını bütün lazımı tədbirlərdən istifadə edəcək.
Tramp Şimali Koreyanın raket sınağını Pxenyan hökumətinin növbəti təhlükəli addımı kimi qiymətləndirib.
Bu arada, Şimali Koreya ikinci qitələrarası ballistik raketini uğurla sınaqdan keçirdiyini bəyan edib.
Məlumatlara görə, "Xvason-14" raketi 47 dəqiqə 12 saniyə ərzində 998 km məsafəni qət edib.
Qeyd edək ki, gecə saatlarında baş tutan raket sınağından sonra Yaponiya və Cənubi Koreya təcili iclas çağırıb.