Teleqraf.com xəbər verir ki, KİV bu dəfə 55 yaşlı Barakın 53 yaşlı həyat yoldaşı Mişellə boşanmanın astanasında olduğunu iddia edir.
“Radar Online” portalının etibarlı mənbəyi bildirib: “Son vaxtlar Barakla Mişelin münasibətlərində gərginlik olmasından hamı xəbərdardır. Amma Obama prezident olduğu üçün onlar birgə yaşamağa davam edirdilər. Bundan başqa cütlük qızları – Saşa və Maliya üçün birgə həyata davam etməyə səy göstərirdilər”.
Mənbənin sözlərinə görə, Obamanın qızları artıq böyüyüblər. Keçmiş prezident özü isə asudə vaxtını axşam partilərində keçirir.
Portal iddia edir ki, Mişel ona 25 milyon dollar ödəniləcəyi təqdirdə boşanmağa razıdır.
Barakla Mişelin münasibətlərində problemlərin olmasına dair fikirlər hələ iyulun əvvəlində – keçmiş prezident ictimaiyyət arasında nişan üzüyü olmadan görünəndə gündəmə gəlmişdi.
Ancaq jurnalistlərin iddiasına baxmayaraq Obama ailəsi yayı birlikdə keçirib. Cütlük qızları ilə birgə İndoneziyanın Bali adasında dincəlib.
Barak və Mişel artıq 25 ildir evlidir.