31 İyul 2017 13:40
800
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moldova Prezidenti İqor Dodon məzuniyyətə çıxıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, bununla bağlı Feysbuk hesabında məlumat yayıb.

Dodon bildirib ki, avqustun 5-8-də İrana səfər edəcək: "Səfər çərçivəsində İranın yeni seçilmiş prezidenti Həsən Ruhaninin inauqurasiyasında iştirak edəcəm, onunla təkbətək görüşüm olacaq. Daha sonra Rusiya Baş nazirinin müavini Dmitri Roqozinlə görüşüb, ötən həftə onun təyyarəsinin Moldovaya buraxılmamasını müzakirə edəcəm".

Qeyd edək ki, iyulun 28-də Rumıniya Rusiya Baş nazirinin müavini Dmitri Roqozinin təyyarəsini Moldovaya buraxmayıb. Olay iki ölkə arasında gərginliyə səbəb olub.

Məlumatlara görə, Dodon Roqozini İranda görüşməyə dəvət edib.


Müəllif: Samir

Oxşar xəbərlər