Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, Amerikan Qrin şirkətinin Nipton qəsəbəsində 120 hektarlıq sağlamlıq mərkəzləri, bir məktəb binası və bir oteli var. Şirkət qəsəbəni alternativ enerji mənbələri ilə təchiz etmək niyyətindədir.
Qeyd edək ki, ABŞ-ın Kaliforniya ştatı narkotik vasitələrin satışının və istehlakının leqal olduğu ştatlardan biridir.
Sadəcə, 20 nəfərin yaşadığı Nipton qəsəbəsi Kaliforniya ilə əyləncənin paytaxtı hesab olunan Nevada ştatının sərhədində yerləşir. Amerikan Qrin şirkəti qəsəbənin turistik qəsəbəyə çevrilməsi üçün 2,5 milyon dollarlıq investisiya qoymağı planlaşdırır.