Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə bir qrup alim xəbərdarlıq yayıb.
Alimlərin fikrincə, dünyada atmosferi çirkləndirən qazların azalması istiqamətində hər hansı addımın atılmayacağı təqdirdə ciddi fəsadlar qaçılmazdır.
1981-2010-cu illər arasında Avropa İttifaqı, İsveçrə, Norveç və İslandiyadakı fəlakət statistikaları incələnərək 2071-2100-cü illər üçün bir sıra proqnozlar əldə olunub. Bu illər ərzində hava proqnozları ilə əhali saylarını müqayisə edilərək bir sıra ssenarilər ortaya qoyulub.
Ehtimal olunan proqnozlara əsasən, 1981-2010-cu illər arasında Avropada çirkli havaya görə hər il 3 min nəfər ölübsə, bu rəqəm 2071-2100-cü illər arasında 152 minə çatacaq.
Əsrin sonunda iqlimlə bağlı ən çox ölüm səbəbi isti havaların olacağı düşünülür. İsti hava kütlələri ilə əlaqədar sahil yaşayış məntəqələrində gözlənilməz daşqınlar nəticəsində çoxsaylı insanların tələf olacağı bildirilir.
Hazırda daşqınlar nəticəsində hər il təxminən 6 nəfər ölürsə, əsrin sonunda bu rəqəmin 233 nəfərə yüksələcəyi qeyd olunub.