Rusiya Prezidenti Vladimir Putin Anatoli Antonovu ABŞ-da fövqəladə və səlahiyyətli səfir təyin edib.
Teleqraf.com-un məlumatına görə, Vladimir Putinin digər fərmanı ilə Anatoli Antonov xarici işlər nazirinin müavini vəzifəsindən azad edilib.
Daha bir fərmanla Sergey Kislyak Rusiyanın ABŞ-dakı səfiri vəzifəsindən azad olunub.
Anatoli Antonov 1955-ci ildə doğulub, 1978-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib. 2011-2016-cı illərdə müdafiə nazirinin müavini olub, 2016-cı ilin dekabrında xarici işlər nazirinin müavini təyin edilib.