Futbol üzrə Türkiyə milli yığmasının sabiq qapıçısı Ömər Çatkıç FETÖ terror təşkilatının üzvlərinə yönəlik əməliyyat zamanı saxlanılıb.
Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, İstanbul Cümhuriyyət Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində Mütəşəkkil Cinayətkarlıqla Mübarizə şöbəsinin əməkdaşları keçmiş futbolçunun şifrəli kommunikasiya sistemi olan “Baylok”dan istifadə etdiyini aşkarlayıb.
Xəstəxanada sağlamlıq nəzarətindən keçən Ömər Çatkıç İstanbul Təhlükəsizlik İdarəsinə aparılıb.