28 Avqust 2017 10:15
697
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail daha BMT-nin düşünülmüş münasibətinə dözmək niyyətində deyil və bu təşkilatın maliyyələşməsini dayandırmağa hazırdır.

Teleqraf.com xəbər verir ki, bu barədə yəhudi dövlətinin Xarici İşlər nazirinin müavini Tsipi Xotovelinin “The Times of Israel” qəzetində dərc olunmuş müsahibəsində bildirilib.

O qeyd edib ki, müvafiq mövqe avqustun 28-29-da İsrailə səfəri zamanı BMT-nin Baş katibi Antonio Quterrişə çatdırılacaq.

Bu ilin yanvarında İsrail BMT Təhlükəsizlik Şurasının 2334 saylı qətnaməsinə cavab olaraq təşkilata ayırdığı maliyyəni 6 milyon dollar ixtisar edib. Yəhudi dövləti mart ayında daha 2 milyon dollarlıq ixtisara gedib. YUNESKO-nun Xevron şəhəri ilə bağlı iyul ayında qəbul etdiyi qətnamə Tel-Əvivin BMT-yə ayırdığı maliyyəni daha 1 milyon dollar azaltmasına səbəb olub.

İsrail tərəfindən BMT-yə illik ödəmənin məblği 11 milyon dollar təşkil edir. Bu, təşkilatın ümumi büdcəsinin 0,4 faizi deməkdir. BMT-nin ən iri maliyyəçisi ABŞ-dır (büdcənin 22 faizi, yaxud 5,4 milyard dollar). Onu Yaponiya və Almaniya izləyir.


Müəllif: Səxavət

Oxşar xəbərlər