29 Avqust 2017 15:01
1 384
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçrənin nüfuzlu alimlərindən olan Reto Knutti məruzə ilə çıxış edərək, geriyədönməz xarakter alan qlobal iqlim dəyişikliyinin tam sürətlə getdiyini bildirib.

Teleqraf.com xəbər verir ki, alimin hesablamalarına görə, dünyada az-çox komfort həyat tərzi üçün 3 ildən də az vaxt qalıb. Bu müddət başa çatdıqdan sonra Yer kürəsində iqlim fəlakətli dərəcədə dəyişməyə başlayacaq.

Bu yay Amerikada qasırğalar, Rusiyada güclü tufan və şaxtalar, Türkiyədə intensiv dolu yağışı, Çin, CAR, Uruqvay və Banqladeşdə güclü daşqınlar baş verdiyini xatırladan alimin fikrincə, başa çatmaqda olan yay fəsli ərzində iqlim anomaliyaları əvvəlki bir neçə ildə baş verən fəlakətlərdən daha çoxdur.

Pis hava şəraiti son bir neçə ay ərzində yüzlərlə insanın həyatına son qoyub. Reto Knutti hesab edir ki, bundan sonra indikindən daha betər olacaq. İsveçrəli alimin fikrincə, çox tezliklə böyük əziyyətlər hesabına yeni iqlim şəraitinə adaptasiya olunmaq məcburiyyətində qalacağıq. Təbii fəlakətlərin qurbanlarının sayı indikindən dəfələrlə çox olacaq.

Qeyd edək ki, Retto Knutti bütün dünyada tanınmış iqlimşünasdır. O, iqlim modellərinin işlənməsi və qlobal iqlim dəyişikliklərinin proqnozlaşdırılmasına dair çoxsaylı araşdırmaları ilə məşhurdur. İqlim fizikası üzrə professor bu il baş verən bütün təbii fəlakətlər barədə əvvəlcədən düzgün proqnoz verib. Onun bu uzaqgörənliyi həqiqətən də adamı dəhşətə gətirir. Artıq belə demək mümkündür ki, gözlənilən iqlim dəyişikliyi və təbii fəlakətlərdən sonra - 2020-ci ildə planetimizi tanımaq mümkün olmayacaq.


Müəllif: Zahid

Oxşar xəbərlər