30 Avqust 2017 15:16
712
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənnət və cəhənnəmin yolunu seçmək səlahiyyəti və ixtiyarı insanların özünə aiddir.

Teleqraf.com-un məlumatına görə, bu açıqlama ilə İran Prezidenti Həsən Ruhani çıxış edib.

Dövlət televiziyasına müsahibə verən prezident əlavə edib ki, ölkə vətəndaşlarının bu iki yoldan birini seçməyə haqqı, ixtiyarı və səlahiyyəti var:

“Unutmayaq ki, heç kimi zor gücünə dinə doğru hidayət etmək olmaz. Biz sadəcə olaraq insanları bu istiqamətdə hərəkət etməyə təşviq etməli, Allahın risalətini onlara çatdırmalıyıq. Biz yalnız bu ilahi rəsaləti onlara çatdıra, insanları bunu qəbul etməyə təşviq edə, onları pis əməllərdən çəkindirə bilərik. Lakin bizim kiminsə əl-qolunu bağlayıb ona “namaz qılmalısan” deməyimiz düzgün deyil. Daha doğrusu, biz heç kimi dindar olmağa və namaz qılmağa məcbur edə bilmərik Çünki qılınan belə bir namaz, namaz sayılmır. Halbuki namazda məqsəd Allaha yaxınlaşmaqdır. Biz sadəcə olaraq cəmiyyəti hidayət edə bilərik. Zəlalət və hidayət yollarından birini seçmək isə insanların öz işidir”.


Müəllif: Səxavət

Oxşar xəbərlər