İsveçrədə sosial mediada uşaq təcavüzü ilə bağlı başlayan istintaq İstanbula qədər uzanıb.
Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, Dublin ailəsinin 14 yaşlı qızı Feysbukda bir kişiylə pornoqrafik mövzularda danışıb. Ailə bundan polisə şikayət edib.
Şikayətdən sonra məhkəmə Feysbukdan qarşı tərəfin hesab məlumatlarını istəyib.
Beləliklə, sözügedən şəxsin İstanbulda yaşadığı, qızdan 8 yaş böyük olduğu və inşaatda çalışdığı məlum olub.
Bunun ardından İstanbulda yaşayan N.K. haqqında Bakırköy rayon prokurorlu cinayət işi açıb. N.K. uşaq təcavüzündə suçlanır. Məhkəmədə onun 8 ilə kimi həbsi tələb olunur.