Avropada yaşayan türklər quru yolla öz vətənlərinə istirahətə gedəndə Bolqarıstan sərhəd keçid məntəqəsində təzyiqlə üzləşir, rüşvət verməyə məcbur edilirlər.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Avropa Parlamentinin Türkiyə üzrə məruzəçisi Kati Piri bəyan edib.
Qeyd edək ki, Kati Piri həmkarı Kathleen Bremt ilə birlikdə avropalı türklərin problemlərini araşdırararaq, Avropa Birliyi Komissiyasına hesabat təqdim edib.
Hollandiyalı parlamentari həmin hesabatı Bolqarıstana da təqdim edəcək. Qeyd edək ki, rəsmi Sofiya gələn il yanvarın 1-dən Avropa Birliyinə rəhbərliyi həyata keçirəcək.
Hesabatda qeyd edilir ki, Avropa vətəndaşları olan türklər ölkələrinə gedərkən Bolqarıstan sərhəddində bəzən 14 saat günəşin altında saxlanılır.
Məruzəçinin sözlərinə görə, Bolqarıstan 10 ildən çoxdur ki, Avropa Birliyinin üzvüdür, bu müddətdə Sofiya Brüsseldən milyonlarla avro alıb. Lakin buna baxmayaraq, Sofiya hökuməti sərhəddə korrupsiyanın qarşısını ala bilməyib: “Hesab edirəm ki, Avropa Komissiyası bu problemi həll etməlidir”.