Malayziya Hava Yollarına məxsus MH17 təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların cəsədlərini daşıyan iki təyyarə Hollandiyaya çatıb.
Ekspertlər ölənlərin cəsədlərinin təyin edilməsinə başlayacaq. Qəzada təyyarədəki 298 nəfərin hamısı ölüb, onların çoxu Hollanddır.
Britaniya hökuməti deyir ki, kəşfiyyat üsyançıların dəlilləri qəsdən saxtalaşdırdığını, cəsədləri bir yerdən başqa yerə apardığını və qəza ərazisinə başqa təyyarələrin hissələrini yerləşdirdiyini göstərir.Rusiyapərəst üsyançılar iyulun 17-də təyyarəni vurub salmaqda ittiham olunur.
Cəsədlər Xarkovda rəsmilərin yolasalma mərasimindən sonra Hollandiyaya göndəriləcək. Hollandiyada isə təyyarəni Holland Kral ailəsi və baş nazir Mark Rutte qarşılayıb.
ABŞ kəşfiyyatı bildirib ki, onlar təyyarənin rusiyapərəst üsyançılar tərəfindən səhvən vurulduğunu güman edir.
Lakin onlar hadisənin Rusiya ilə birbaşa bağlılığını sübüt edəcək dəlil tapmayıb, rəsmilər deyir.
Rusyapərəst silahlılar həmçinin qəza yerindən Xarkova göndərilən cəsədlərin sayını şişirtməkdə ittiham olunur. Onar cəsədlərin hamısını göndərdiklərini desələr də, 298 cəsəddən 200-ü göndərilib.
Sərnişinlərinin çoxu Hollandiyadan olan təyyarə iyulun 17-də raketlə vurulub və nəticədə 298 nəfər həlak olub.
Ötən gün soyuducu qatarla 200-ə yaxın meyit Xarkova gətirilib.
Digər cəsədlərin axtarışı və dəlillərin təhlükəsizliyini təmin etmək üçün əməliyyatlar davam edir.
Rusiya hadisəyə görə Ukrayna hökümətini təqsirləndirsə də, ABŞ rəsmiləri Rusiyanın iddialarını "ağlabatan" hesab etmir.
Hollandiyada çərşənbə günü milli matəm günü elan edilib. Baş nazir Rutte deyib ki, cəsədlərin tanınması "həftələr, hətta aylar çəkə bilər".
/BBC/