İranın dini lideri Əli Xamеneyi tələbələrlə görüşündə Arakan müsəlmanlarına qarşı repressiyalardan danışaraq, müsəlman ölkələrini Myanma hökumətinə təzyiq göstərməyə çağırıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Arakan müsəlmanlarına qarşı zorakılıqları pisləyən Xameneyi Myanmanın 1-ci dövlət müşaviri, sülh üzrə Nobel mükafatı laureatı Aung San Suu Kyini “rəhimsiz bir qadın” adlandırıb:
“Bu gün Myanmada baş verən faciələr dünya ölkələrinin, o cümlədən də müsəlman dövlətlərinin və insan hüquqlarından dəm vuran yalançı və riyakar beynəlxalq qurumların gözü qarşısında baş verir. Hesab edirik ki, müsəlman ölkələr bu faciələrin dayandırılması üçün əməli addım atmalı, Myanma hökumətinə qarşı təzyiq göstərərək, məsələyə münasibət bildirməlidir.
Əlbəttə ki, bunu deməkdə məqsəd müsəlman ölkələrinin Myanmaya qoşun yeritməsi deyil. Lakin düşünürəm ki, onlar Myanma hökumətinə qarşı siyasi və iqtisadi təzyiqi gücləndirməli, bu ölkədə müsəlmanlara qarşı törədilən cinayətlər barədə beynəlxalq qurumlarda danışaraq onu pisləməlidirlər.
Orada müsəlmanlarına qarşı faciələr birbaşa Myanma hökuməti tərəfindən həyata keçirilir. Bu gün faktiki olaraq Myanma hökumətinin başında rəhimsiz bir qadın durur. Təəccüblüsü də odur ki, həmin qadın həm də sülh üzrə Nobel mükafatı laureatıdır. Elə buna görə də düşünürəm ki, bu olayların baş verməsi, əslində həm də sülh üzrə Nobel mükafatının ölümü deməkdir”.
Samir