ABŞ Prezidenti Donald Tramp Türkiyənin Vaşinqtondakı səfirliyinin önündə baş verənlərlə bağlı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğandan üzr istəməyib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bunu Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Tramp olayla bağlı təəssüf hissi keçirdiyini deyib.
Qeyd edək ki, Ərdoğanın Vaşinqtona ötən səfəri zamanı Türkiyə prezidentinin mühafizəçiləri ilə PKK terror təşkilatının tərəfdarları arasında insident yaşanmışdı.