Dərs kitablarından daha çox şikayətlər gəlməyə başlayıb. Belə əhəmiyyətli məsələdə ən kiçik səhvə də dözüm göstərə bilmərik.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2017-2018-ci ilin akademik ili elan olunması münasibəti ilə açılış tədbirində deyib.
Prezident bildirib ki, başda hökumət olmaqla zaman-zaman problemi əlaqədar qurumlarla, o cümlədən YÖK (Yüksək Öyrətimi Kurulu, Türkiyədə imtahan keçirən qurum-red.) rəhbəri ilə müzakirə edib: "Demək, problem qalır... Lazımi tədbirlər görüləcək. Müəllimləri, tələbələri və onların valideynlərini razı salan hələ bir sistem qura bilməmişik".