Bu gün öyəndim ki, o, evinin qarşısında naməlum şəxslər tərəfindən avtomatla güllələnib.
Teleqraf.com xəbər verir ki, bu sözləri Gürcüstanın eks-prezidenti və Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili onunla Ukraynanın Çerkassi şəhərində görüşən deputatın öldürülməsi ilə bağlı statusunda qeyd edib.
Saakaşvili şəxsi Feysbuk hesabında yazıb:
“Bir neçə gün əvvəl Çerkassidə xalq deputatları ilə maraqlı görüşüm oldu. Həmin görüşdə Ukropdan olan deputat Mixail Binusov da iştirak edirdi. O, Çerkassinin xuliqan və cinayətkarlar tərəfindən tutulduğunu bildirdi. Bu gün öyəndim ki, o, evinin qarşısında naməlum şəxslər tərəfindən avtomatla güllələnib.
Mişanın bir uşağı var. Biz Binusovun çağırışına səs verməli və insanlıq üçün birləşməliyik”.