Türkmənistan parlamenti bu ölkədə təşkil olunan 5-ci Asiya Oyunlarının nəticələrinə həsr olunmuş iclas keçirib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, iclasın gedişində Sərdar Berdiməhəmmədovun Türkmənistanın əməkdar məşqçisi elan olunması ilə bağlı qərar oxunub.
O, beynəxlaq yarışda türkmən idmançılarının uğurlarına və ölkənin idman imicinin yüksəlişindəki roluna görə təltif edilib.
Sərdar Berdiməhəmmədov prezident Qurbanqulu Berdiməhəmmədovun oğludur.