Rusiyada yaşayan ermənilər "erməni soyqırımı" ilə bağlı Moskvanın mərkəzində etiraz aksiyası keçirib.
"Axar.az" xəbər verir ki, Moskvanın Krasnaya meydanında təşkil edilən nümayişə təxminən 300 nəfər qatılıb. Nümayişdə Vladimir Jirinovski də iştirak edib. Jirinovski 1915-ci ilə hadisələri ilə bağlı kəskin fikirlər səsləndirib: "Heç bir şey unudulmayacaq və bağışlanmayacaq. Türkiyənin Avropada yeri yoxdur. Mən bir ay əvvəl Türkiyədə idim. Prezident və millət vəkilləri ilə görüşdüm. Onlar soyqırımı tanımağa qorxurlar".
Jirinovski həmçinin bildirib ki, "erməni soyqırımı"nın 100 illiyini Rusiya Dumasında təşkil etmək lazımdır. Aksiyada Azərbaycan və Türkiyə əleyhinə də şüarlar səsləndirilib.