Ukraynanın Luqansk vilayətinin Kalinnik kəndindəki fermalar silahlı şəxslər tərəfindən talan edilib.
Məlumata görə, separatçılar fermalardakı qoyunların hamısını aparıblar.
Ukrayna Daxili İşlər Nazirliyinin Luqansk şöbəsinin rəsmisi Tatyana Pokuqay bildirib ki, hərbi geyimdə olan silahlı terrorçular “Provallya” fermasına soxulublar.
Fermanın qoruqçusunu ölümlə hədələyən terrorçular 480-ə yaxın qoyun aparıblar.
/axar.az/