2012-ci ildə İtaliyanın Cilyo adası yaxınlığında batan "Kosta-Konkordiya" gəmisi bu gün nəhayət ki, Genuya limanına gətiriləcək.
32 nəfərin ölümünə səbəb olan qəza baş verəndən bəri səyahət gəmisinin sahilə çıxarılmasına hazırlıqlar gedirdi. "Kosta-Konkordiya"nın Genuya sahillərinə çıxarılmasına 4 gün vaxt sərf edilib.
Buksirləndikdən sonra gəmi utilizasiyaya veriləcək. Genuya şəhər administrasiyası nəhəng gəminin sökülməsi işinə yüzlərlə fəhlənin cəlb ediləcəyini açıqlayıb./anspress/