Rusiya Prezidenti Vladimir Putin ilə amerikalı həmkarı Donald Trampın Vyetnamda görüşünün təşkili üçün hazırlıqlar gedir.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Kremlin mətbuat xidməti Dmitri Peskov deyib.
O bildirib ki, liderlərin görüşəcəyi istisna edilmir.
Qeyd edək ki, Putin və Tramp noyabrın 6-da Vyetnamda Asiya-Sakit okeanı iqtisadi sammitində iştirak edəcəklər.