6 Noyabr 2017 10:36
1 312
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanı Yəməndə teraktlar planlaşdıran, onu həyata keçirən və onlara dəstək olmaqda şübhəli bilinən 40 nəfərin başına pul mükafatı qoyub.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, siyahıya husilərin lideri Əbdülməlik əl-Husi başçılıq edir.

Onun harda olması ilə bağlı məlumat verən şəxsin 30 milyon dollar mükafat alacağı bildirilib.

Siyahıda həmçinin, husi döyüşçülərinin komandirlərinin də adları yer alıb. Onların hər birinə görə 20 milyon dollar mükafat vəd edilib.

Bundan başqa, husilərə yardım edən şəxslərə görə 5-10 milyon dollar veriləcəyi bildirilib.


Müəllif: Samir

Oxşar xəbərlər