Kolumbiya hüquq-mühafizə orqanları ölkə çapında ən böyük narkotik partiyasını müsadirə edib.
Teleqraf.com xəbər verir ki, hüquq-mühafizə orqanları dəyəri 360 milyon dollar qiymətləndirilən 12 ton kokain tutub.
Narkotik ölkənin şimalında ələ keçirilib.
Kolumbiyanın şimalından əsasən qeyri-qanuni yollarla ABŞ-a narkotik keçirilir.
Polis ehtimal edir ki, ələ keçirilən narkotik Körfəz klanının “Otoniel” ləqəbli lideri Dairo Usuqaya aiddir.