10 Noyabr 2017 12:12
765
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın yerli ərəblər yaşayan Xuzistan əyalətinin və digər bölgələrin müstəqilliyi uğrunda mübarizə aparan Əl-Əhvaz Azadlıq Hərəkatının liderlərindən olan Əhməd Nisi Hollandiyanın Haaqa şəhərində qətlə yetirilib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, naməlum şəxslər ailəsi ilə birlikdə Haaqa şəhərində yaşayan Əhməd Nisiyə qaldığı evin qarşısında səssiz tapançadan bir neçə atəş açıblar.

Başından və sinəsindən 3 güllə yarası alan 54 yaşlı ərəb lideri hadisə yerindəcə həlak olub. Hücumçular hadisə yerindən qaçıblar.

Olaydan az sonra Əhməd Nisinin ailəsi polisə açıqlamalarında hadisəni İranın kəşfiyyat orqanları əməkdaşları tərəfindən həyata keçirildiyini bildiriblər. Onlar qeyd ediblər ki, İran hökuməti bundan əvvəl “İnterpol” vasitəsilə müxalif ərəb liderini tutub ölkəyə qaytarmağa çalışsa da, Tehranın bu cəhdi baş tutmamışdı.

Bildirilir ki, 2005-ci ildə ailəsi ilə birlikdə Hollandiyaya sığınan Əhməd Nisi bir neçə dəfə İran rejimi tərəfindən təhdid edilib.

Hollandiya polisi qatillərin yaxalanması üçün axtarış əməliyyatına başlayıb.


Müəllif: Samir

Oxşar xəbərlər